“Sabah” Litva klubuna uduzdu
- 00:30
- 31
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 82:73.
Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.