Abşeronda müəllimlər futbol oynayıb
- 23:00
- 36
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş ümumtəhsil müəllimləri arasında minifutbol idman növü üzrə Abşeron rayon kuboku keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd “Beynəlxalq Müəllimlər Günü"nün qeyd edilməsi, minifutbol idman növünün rayonda təbliği və inkişaf etdirilməsi, güclü idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılmasıdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Masazır kənd yığma komandası birinci, Qobu qəsəbə yığma komandası ikinci, Mehdiabad qəsəbə yığma komandası isə üçüncü yerə layiq görülüb. Qalib və mükafatçılar regional idarənin diplom və medalları ilə təltif olunublar.