Saatlı şəhəri Heydər Əliyev parkında Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru təşkilatçılığı ilə “İdman həyətimdə” layihəsi çərçivəsində kütləvi idman tədbiri həyata keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirin əsas məqsədi əhalinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, idmanın kütləviliyinin artırılması və fiziki fəallığın təbliğindən ibarət olmuşdur.