"Səbail" Quba stadionuna pul ödəyəcək
- 13:00
- 49
Qeyri-adi nəsə baş verməsə, "Səbail" noyabr ayından etibarən rəsmən Qubaya köçür.
Rekord.az xəbər verir ki, adını da dəyişərək "Quba" olacaq komanda ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
Lakin Qubanı təmsil etməsinə baxmayaraq, komanda arenaya aylıq icarə haqqı ödəyəcək. Ümumi məbləğin təxminən 3 min manat olacağı gözlənilir.