“Şahdağ Qusar”ın idman direktoruna töhmət verildi
- 17:20
- 39
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qaradağ Lökbatan”– “Zəngəzur” oyununun fasiləsində “Qaradağ Lökbatan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qaradağ Lökbatan” komandası 300 manat cərimə edilib.
“Qaradağ Lökbatan”– “Zəngəzur” oyununun 90-cı dəqiqəsində “Zəngəzur” komandasının 11 nömrəli futbolçusu Tural Qurbatov ikinci sarıdan qırmızı aldığı üçün 1 oyun cəza alıb, “Zəngəzur” komandası 50 manat cərimə edilib.
“Şəki”– “Şəmkir” oyununda “Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəki” komandası 200 manat cərimə edilib.
“Şəki”– “Şəmkir” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəmkir” komandası 250 manat cərimə edilib.
“Hypers”– “Marafon” oyununda “Hypers” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilib.
“Hypers”– “Marafon” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Hypers” komandası 100 manat cərimə edilib.
“Hypers”– “Marafon” oyununda “Marafon” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Marafon” komandası 70 manat cərimə edilib.
“Ağdaş”– “Dinamo” oyunu Təcili Tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 200 manat cərimə edilib.
“Ağdaş”– “Dinamo” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Ağdaş” komandası 250 manat cərimə edilib.
“Şirvan”– “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şirvan” komandası 250 manat cərimə edilib.
“Şirvan”– “Difai” oyununun 77-ci dəqiqəsində “Difai” komandasının 90 nömrəli futbolçusu Ayxan Qaracayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Difai” komandası 50 manat cərimə edilib.
“Şahdağ Qusar” komandasının idman direktoru Məhəmməd Bədəlbəyli futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə Məhəmməd Bədəlbəyliyə töhmət verilib.