Sabirabadda məktəblilər arasında stolüstü tennis üzrə turnir keçirilib
- 22:00
- 35
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin dəstəyi ilə Sabirabad rayonunda şəhər məktəbləri arasında stolüstü tennis üzrə turnir keçirilib. Turnirdə şəhər məktəbləri iştirak edib.
Rekord.az xəbər verir ki, yarış ərzində komandalar arasında maraqlı və gərgin mübarizə şəraitində oyunlar keçirilib.
Yarışın nəticələrinə əsasən: I yerə – Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi, II yerə – Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, III yerə – Sabirabad şəhər H.Z.Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi layiq görülüb.