Sabirabadda yeni istifadəyə verilən stadiondan yeni FOTOLAR
- 11:00
- 40
Bu stadion Sabirabad rayonunun Bulaqlı kəndidə yerləşir, yeni istifadəyə verilib. Özü də bildiyim qədəri ilə hansısa qurum, idarə, təşkilat tikməyib, şəxsi təşəbbüslə tikilib. Vüsal Xəlilov öz şəxsi vəsaiti hesabına bu stadionu tikib sabirabadlı futbolsevərlərə hədiyyə edib. Vüsal bəy klubun fəxri prezidentidir. Həmçinin, Mərkəz Regional Futbol Federasiyasının da prezidenti postunu tutur. Meydança təbii örtüklüdür. 300 nəfərə yaxın tribunası da var. Gələcəkdə artırılması planı da var. Hətta PFL də stadiona baxış keçirib və müsbət rəy verib, II Liqada çıxış edən "Marafon" ev oyunlarını burada keçirəcək. Alqışlanmalıdır. Hər rayonda, hər kəndə bu cür şəxsi təşəbbüslə bu cür meydançalar tikilsə, futbola, onun kütləviliyinə böyük töhvə olar. AFFA-dan da xahiş edərdim ki, bölgə komandalarına hansısa yardım ayıranda bu cür şəxsi təşəbbüs göstərən komandalara, rayonlara xüsusi diqqət yetirsinlər.
Anar XANLAROV