Gəncədə voleybol festivalı keçiriləcək
- 18:54
- 35
Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında voleybol festivalı keçiriləcək. "Rekord.az" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə ilk dəfə baş tutacaq festivalın şüarı “Voleybolun nəbzi Gəncədə döyünür!”dür.
Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirəcək. Peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçiriləcək, həmçinin dostluq oyunu, eləcə də 10-14 yaşlı uşaqlar arasında mini voleybol turniri təşkil ediləcək.
Festivalda “Gəncə” klubunun 2026-2027-ci illər mövsümü üçün heyətinin təqdimatı da olacaq.
Tədbirin sonunda konsert proqramı təşkil ediləcək.