Saatlı rayonunda şahmat üzrə turnir keçirilib
- 21:00
- 36
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.