Azərbaycan millisi seçmə mərhələni qələbə ilə bitirdi
- 20:00
- 39
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.
B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.
U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.