Rusiya millisi 9 ildən sonra dünya çempionatında iştirak edəcək
- 20:30
- 42
Rusiyanın qadın voleybolçulardan ibarət millisi yenidən dünya çempionatında çıxış edəcək. "Rekord.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyası (FIVB) 2027-ci ildə keçiriləcək mundialın 32 iştirakçısının adını açıqlayıb və Rusiya millisi də siyahıda yer alıb.
Rusiya dünya birinciliyinə reytinq əsasında vəsiqə qazanıb. Rusiyanın milli komandalarına tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra əvvəlki reytinq xalları bərpa edilib. Rusiyanın qadınlardan ibarət milli komandası hazırda sahib olduğu xallarla dünya reytinqində yüksək mövqedə qərarlaşıb. Bu da rusiyalı voleybolçulara 20 avqust-5 sentyabr 2027-ci il tarixlərində ABŞ və Kanadada keçiriləcək dünya çempionatına birbaşa iştirak hüququ verib.
Qeyd edək ki, Rusiya millisi sonuncu dəfə 2018-ci ildə dünya çempionatında çıxış edib. Həmin mundialda komandası 8-ci yeri tutub. 2022-ci il dünya çempionatında isə sanksiyalar səbəbindən iştirakdan kənarlaşdırılıb.