Ağsuda "Rekordu sən de!" layihəsi
- 14:30
- 29
Ağsu şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə kütləvi idman tədbiri çərçivəsində "Rekordu sən de!" layihəsi keçirilib.
Rekord.az xəbər verir ki, tədbir zamanı iştirakçılar müxtəlif idman hərəkətləri icra edərək güclərini sınadılar. Yüksək nəticə əldə edən yeniyetmələr Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olundular.
Tədbirin təşkilində məqsəd sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və idmanın kütləviliyinin artırılması olmuşdur.