"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq
- 09:45
- 32
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirəcək.
Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da "Vilnüs Arena"da start götürəcək.
Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.