
Zeynalovdan beynəlxalq qran-pridə qızıl medal
- 18:40
- 36
Azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq qran-pridə qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, təmsilçimiz 10 metr məsafədən (P1) atəş açmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, turnirdə ümumilikdə 236.9 xalla birinci yeri tutub.