İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq.


Rekord.az xəbər verir ki, buna 25 yaşlı oyunçunun Almaniyada "Bayern"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqası matçında zədələnməsi səbəb olub.


Tibbi müayinələrdən sonra Sakanın durumunun ciddi olduğu müəyyənləşib.


Xatırladaq ki, "Bayern" - "Arsenal" oyunu 2:2 hesabı ilə başa çatıb. Saka cari mövsüm meydana çıxdığı 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.