Misli Premyer Liqasında 9-cu tura bu gün iki oyunla yekun vurulacaq.


Rekord.az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.


Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.


Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.


Misli Premyer Liqası


I dövrə, IX tur


25 oktyabr


15:00. "İmişli" – "Şamaxı"


Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.


VAR: Əliyar Ağayev.


AVAR: Akif Əmirəli.


Hakim-inspektor: Anar Salmanov.


AFFA nümayəndəsi: Rüfət Əmirov.


Yevlax şəhər stadionu


18:00. "Sabah" – "Qarabağ"


Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.


VAR: Kamranbəy Rəhimov.


AVAR: Teymur Teymurov.


Hakim-inspektor: Rəhim Həsənov.


AFFA nümayəndəsi: Erkin Hüseynov.


"Dalğa Arena"


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.