Millimiz böyükhesablı qələbə ilə başladı
- 21:20
- 41
Azərbaycan komandası Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Timor-Leste yığması ilə üz-üzə gəlib.
Bakı Kristal Zalındakı qarşılaşma Azərbaycan seçməsinin qələbəsi ilə yekunlaşıb - 6:0.
Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə vurublar.
Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.