“Düşdüyümüz durum həqiqətən də bizi kədərləndirir”
- 19:40
- 42
"Şəfa" bu gün Misli Premyer Liqasının 9-cu turunda "Kəpəz"i qəbul edib.
Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov oyuna yaxşı başlamadıqlarını bildirib:
"Təəsüf ki, növbəti məğlubiyyəti şərh edirəm. Oyuna yaxşı başlamadıq. İkinci hissədə daha yaxşı idik. Uşaqlar həddindən artıq gərgindirlər, bəlkə də bunu üzərlərindən ata bilmirlər. Düşdüyümüz durum həqiqətən də bizi kədərləndirir. Yeni qurulan komandayıq. Oyunumuzun bu baxımdan yaxşı olduğunu düşünürəm".