"Qarabağ"ın futbolçusu Kadi "Sabah"la 0:0 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:



- Bu gün ağır oyun oldu. Qol vura bilmədiniz. Həm öz oyununuzu, həm də komandanın çıxışını necə qiymətləndirirsiniz?


- Həm öz oyunumuzu, həm də komandanın çıxışını yaxşı qiymətləndirirəm. Meydanda çoxlu mübarizə və ikili mübarizələr oldu. Sadəcə bəzi epizodlarda şansımız çatmadı və qol imkanlarından lazımınca istifadə edə bilmədik.


- Stadiondakı atmosferi necə qiymətləndirirsiniz?


- Səfərdə oynamağımıza baxmayaraq azarkeşlərimiz möhtəşəm atmosfer yaratdılar. Sanki öz meydanımızda oynayırdıq. Buna görə bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm.


- “Sabah” son çempiondur və bu il də çempionluğu əldən vermək niyyətində deyil. Çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?


- Əminəm ki, mövsümün sonunda çempion ola biləcəyik. Bu il üç komanda turnir cədvəlində sıx mübarizə aparır. Buna görə də hazırda hər oyunun əhəmiyyəti əvvəlkindən daha böyükdür.


- Növbəti oyununuz səfərdə “Qəbələ”yə qarşı olacaq. Turnir cədvəlindəki vəziyyət komandanın diqqətini yayındıra bilərmi?


- Xeyr. Biz yalnız müsbət nəticəyə köklənmişik. Daha əvvəl də qeyd etdiyim kimi hazırda hər oyunun əhəmiyyəti əvvəlkindən daha böyükdür. Buna görə də əsas diqqətimizi qarşıdakı matça yönəltmişik.