Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub.


Qarşılaşma Bursa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bayramov bu görüşün 83-cü dəqiqəsində meydana buraxılıb.


Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.