Rüfət Abdullazadənin komandası məğlub oldu
- 10:00
- 44
İsrail Premyer Liqasında 8-ci turun oyunu keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Saxnin"i qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullazadə oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.