Azərbaycan cüdoçularından Düşənbədə 3 medal
- 23:00
- 40
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında qran-pri turnirinə start verilib.
Rekord.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.
-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.