“Qollar bizim öz səhvlərimizin nəticəsi idi” - Azər Bağırov
- 18:30
- 45
Misli Premyer Liqasının 9-cu turu çərçivəsində "Şamaxı" "İmişli"yə 1:2 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:
"Bilirdik ki, matç çətin olacaq. “İmişli”də baş məşqçi dəyişikliyi olmuşdu və futbolçularımızı buna uyğun hazırlamağa çalışmışdıq. Lakin ilk hissədə ötürmələrdə çox səhvlərə yol verdik. Xüsusilə təəssüfləndirici məqam odur ki, rəqib hər iki qolda xüsusi heç nə yaratmadı. Qollar bizim öz səhvlərimizin nəticəsi idi.
İkinci hissədə düzəlişlər etdik, yaxşı başladıq və qol vurmağı bacardıq. Təəssüf ki, oyunun sonlarına yaxın penalti təyin olundu. Hakimlərin bu epizodu necə qiymətləndirməsi barədə ətraflı danışmaq istəmirəm. Nəticədə məğlub olduq.
Qarşımıza çıxan bütün maneələri aşaraq daha güclü komanda formalaşdırmağa çalışacağıq. İnanıram ki, hər şey yoluna düşəcək. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq".