Şeydayev oynadı, "Soçi" qələbə qazandı
- 10:30
- 44
Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik”in qonağı olub.
Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.