Stina Silva ilə yaşadığı insident haqda: "Qapıçının işi qapıda dayanmaqdı"
- 15:00
- 42
"Kəpəz"in moldovalı futbolçusu Viktor Spina "Şəfa" üzərində qazanılan 2:1-lik qələbədən sonra Rekord.az-a müsahibə verdi:
- Komanda qələbə qazandı, məğlubiyyətsiz seriya 5-ə çatdı və ilk "dördlüy"ə xeyli yaxınlaşdınız...
- Bu, məşqlərdə çəkdiyimiz əziyyətin nəticəsidir ki, oyunlarda görürük.
- Hesabda geri düşdünüz və bundan öncə də penalti qaçırmışdınız. Nə baş verirdi?
- Düzdür, əvvəldə oyunumuz yaxşı alınmadı, penaltini qaçırdıq. Amma sonradan geridönüş edərək qələbə qazana bildik.
- "Şəfa" hesabı açan zaman mərkəzdə rəqib qapıçı ilə insident yaşadınız. Orda nə baş vermişdi? Ümumiyyətlə, günahkar kim idi?
- Mən bilmirəm günah kimdə idi (gülür). Orda hər şey qarşılıqlı oldu. Qapıçının işi əslində qapıda dayanmaqdı, qapıçı mərkəzdə olmalı deyil. Amma deyərdim ki, nə olmuşdusa, meydanda qaldı.
- "Kəpəz"də və Gəncədə özünü necə hiss edirsən?
- Gəncədə xoşbəxtəm. Azarkeşlərimizdən də çox razıyam. Onlar bizim qələbələrimizdə böyük dəstək göstərirlər.
Anar XANLAROV