Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında bu gün növbəti oyunlarını keçirəcək.


Rekord.az xəbər verir ki, Famil Xəlilovun komandası 12:45-də Andorra millisi ilə üz-üzə gələcək.


Komanda saat 19:30-da Avstraliya yığması ilə qarşılaşacaq.


Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.


Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığması ilə üz-üzə gəlib. Bakı Kristal Zalında baş tutan görüş Azərbaycan komandasının baş 6:0 hesablı qələbəsi ilə başa çatıb. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.


Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.


Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.