“Kür” mübarizəni dayandırdı
- 19:00
- 45
Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsinin cavab matçında Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 30:32 hesabı ilə məğlub olub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Xatırladaq ki, komanda ilk görüşdə də rəqibinə 26:38 hesabı ilə uduzub.