Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız ilk qarşılaşmasını bu gün İsveçə qarşı keçirib.

İsveçdə baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Yığmamız bu oyunda 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın növbəti oyunu sabah olacaq. Bu matçda millimiz Gürcüstanla üz-üzə gələcək.


Avropa Gümüş Liqası 

6 iyun

Azərbaycan - İsveç 0:3 (13:25, 20:25, 14:25)