Sabah Misli Premyer Liqasının 9-cu turu çərçivəsində Sumqayıtda "Şəfa"ya qarşı çıxış edəcək "Kəpəz"i 200 azarkeş dəstəkləyəcək. 


Rekord.az xəbər verir ki, bu oyunla əlaqədar "sarı-göylər"in hər 4 fan-klubu - "Xəmsə", " Kapaz Ultras", "Zona-20" və "Cavad xan"ın üzvləri xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.


Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar.


Xatırladaq ki, "Şəfa" - "Kəpəz" matçı sabah saat 16:30-da başlanacaq.