15000-ci qol
- 23 Okt 2026 23:56
- 40
Azərbaycan çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub.
Rekord.az xəbər verir ki, yubiley topu Premyer Liqanın 9-cu turunun ikinci matçına təsadüf edib.
“Zirə” – “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.
Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.
Ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.