Kişi voleybolçular arasında Azərbaycan çempionatı başlayıb. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 2026-2027-ci illər mövsümünün ilk oyunları baş tutub.

GİN-in Voleybol Mərkəzində keçirilən I tur çərçivəsində “AZERRAIL” - “Gənclər”  və “ORDU” - “Murov Az Terminal” qarşılaşmaları keçirilib. Bu oyunlarda “AZERRAIL” və “ORDU” klubları 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, I turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da FHN-in idman zalında keçiriləcək.