Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq.


Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb.


Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır.


Misli Premyer Liqası


I dövrə, IX tur


24 oktyabr


16:30. "Şəfa" – "Kəpəz"


Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.


VAR: Vüqar Həsənli.


AVAR: Namiq Hüseynov.


Hakim-inspektor: Ramil Diniyev.


AFFA nümayəndəsi: Asif Əliyev.


"SOCAR Polymer Arena"


19:00. "Neftçi" – "Turan Tovuz"


Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov.


VAR: Rəvan Həmzəzadə.


AVAR: Şirmamed Mamedov.


Hakim-inspektor: Asim Xudiyev.


AFFA nümayəndəsi: Zümrüd Ağayeva.


"Palms Sports Arena"


Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.