Yuri Maksimov: “Alınmır”
- 18:40
- 40
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 9-cu turu çərçivəsində bu gün keçirilən "Qəbələ" ilə ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Hər dəfə sadə qollar buraxırıq. Sanki rəqibə hədiyyə edir, əvəzində çətinliklə qol vururuq. Futbolçular meydanda bacarıqlarını etməyə çalışırlar. Futboldur, səhv etmək olar, ancaq görünən odur ki, ustalıq səviyyəsi çatmır. Növbəti oyunlara hazırlaşacağıq. İndiki məqamda nəyisə dəyişmək çətindir.
"Sumqayıt"la oyunda da birinci hissədə yaxşı oynadıq, qol vurduq, lakin ikinci hissədə üstünlüyü rəqibə verdik. Çalışırıq ki, hər dəfə əvəzetmələrlə oyunu gücləndirək, ancaq alınmır”.