“Sumqayıt”ın məşqçi, futbolçu heyəti, klub rəhbərliyi və əməkdaşları Nizami Kinoteatrında Vətən müharibəsinə həsr olunmuş “44” tammetrajlı bədii filmini izləyiblər.

Rekord.az xəbər verir ki, zəfər tariximizdən və qəhrəmanlarımızın şücaətindən bəhs edən film kollektiv tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanıb.

Nümayişin sonunda xatirə şəkilləri çəkdirilib.