I Liqada çıxış edən "Xankəndi" klubu oktyabrda Xankəndiyə köçəcəyini açıqlasa da, hələ də bu köç baş tutmayıb.

Rekord.az xəbər verir ki, hətta PFL-in noyabr ayı üçün təqvimində də komandanın noyabrın 19-da "Karvan"ı Şamaxıda qəbul edəcəyi yazılıb.

Əldə etdiyimiz məlumata görə, komandanın bu il Xankəndiyə dönüşü, ümumiyyətlə, baş tutmayacaq. Səbəb klubdan qaynaqlanmır.