“Zamanla daha yaxşı olacağıq” - Bekiri
- 19:20
- 33
"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 9-cu turunda Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Hər iki komanda üçün çətin oyun oldu. Qələbə çox vacib idi. Bu gün qalib gəldik. Dayanmaq olmaz. Qarşıdakı matçlarda da qələbə qazanmaq lazımdır. Zamanla daha yaxşı olacağıq.
Hər oyunun öz taktikası olur. Vəziyyətə uyğun qərar vermək lazımdır. Bu gün ilk qolu biz vurduq. "Araz-Naxçıvan"ın keyfiyyətli oyunçuları var. Onlar bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunda razı qaldığım və qalmadığım məqamlar var.
Bəli, oyunçuları mən seçməmişəm. Amma hamısı keyfiyyətli futbolçulardır. Biz sadəcə oyun üslubunu dəyişdik. Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır. Bəzi oyunçular komandaya gec qatıldıqları üçün formada deyillər. Günü-gündən daha yaxşı olacağıq”.