Azərbaycanın qadın həndbolçulardan ibarət millisi 6-cı İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.


Rekord.az xəbər verir ki, yığma bu məqsədlə Mingəçevirə yollanaraq "Kür" Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.


15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.


Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.