"Qarabağ"ın futbolçusu Jali Muaddib "Sabah"la 0:0 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:



- Bugünkü matçda komandanızın oyununu necə qiymətləndirirsiniz?


- Bəli oyunumuz əla idi. Rəqib də çox güclü idi. Düşünürəm ki, qələbəyə «Sabah»dan daha yaxın tərəf biz idik. Lakin nəsə çatışmadı. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq ki hər matçda qalib gələk. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq.


- Bəs niyə qol vura bilmədiniz?


- Bəzi epizodlarda qol imkanlarından yararlana bilmədik. Bəzi hallarda isə rəqib müdafiədə əla oynadı. Ümumilikdə oyun bərabər səviyyədə keçdi. Amma əvvəl də dediyim kimi qələbəyə daha yaxın tərəf biz idik.


- Növbəti oyununuz «Qəbələ»yə qarşı olacaq. Həmin matçdan nə gözləyirsiniz?


- Yalnız qələbə! İzləyicilərimizin önə keçməsinə imkan verməməliyik