Yığmamız Belarusa yollanıb
- 10:38
- 34
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığı Belarusda davam etdirəcək. "Rekord.az" xəbər verir ki, bu məqsədlə komandamız bu gün Minskə yola düşüb.
Belarusdakı təlim-məşq toplanışı altı gün davam edəcək. Yığmamız burada yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Qeyd edək ki, millimiz Avropa Liqasının ilk tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.