Yığmalarımızın İslamiadada növbəti sınağı
- 12:40
- 33
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir.
Rekord.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın futzal və qadınlardan ibarət voleybol milliləri meydançaya çıxacaq.
İlk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edən Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu gün Özbəkistanla qarşılaşacaq.
Qadın voleybolçulardan ibarət komanda isə Tacikistanla münasibətləri aydınlaşdıracaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçda İran yığmasını 3:0 hesabı ilə üstələmişdi.
Fərdi yarışlarda isə iki qadın boksçumuz mübarizəyə başlayacaq. 1/4 finalda Zeynəb Rəhimova özbəkistanlı Fatima Mansuri ilə üz-üzə gələcək. Aynur Mikayılova isə Hadel Aşurla (Səudiyyə Ərəbistanı) münasibətlərə aydınlıq gətirəcək.