
Xırdalanda voleybol turniri keçirilib
- 01 Avq 2025 10:00
- 53
“Xırdalan Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətin birgə təşkilatçılığı ilə 23-25 iyul 2025-ci il tarixlərində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə 2012-ci il və daha kiçik təvəllüdlü qızlar arasında Abşeron rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünün qeyd edilməsi, voleybol idman növünün rayonda təbliği, inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və ustalıq səviyyəsinin artırılmasıdır.
Qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunub.