Azərbaycanlı muaytayçı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, Xəyal Əliyev (60-65 kq) finalda rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.


Daha əvvəl təmsilçilərimizdən Əli Əliyev (55-60 kq) və Səlahəddin Qocazadə (65-70 kq) bürünc medal qazanmışdılar.