Veteran cüdoçumuz 12-ci dəfə dünya çempionu oldu
- 05 Noy 2024 15:18
- 233
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Rekord.az xəbər verir ki, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış noyabrın 7-də başa çatacaq.