19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, bu gün hazırlığı başa vuracaq millimiz Serbiyaya yollanacaq.

Yığmamız noyabrın 9-dan 18-dək Serbiyada təşkil olunacaq UEFA U-19 Çempionatının II seçmə mərhələsində iştirak edəcək. Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.

Qarşılaşmaların təqvimi:

11 noyabr
Azərbaycan – Monteneqro
“Vojdovaç Stadion”, Belqrad
14:00 (Bakı vaxtı)

14 noyabr

Serbiya – Azərbaycan
“Mladost” İdman Kompleksi, Pançevo
19:00 (Bakı vaxtı)

17 noyabr
Farer adaları – Azərbaycan
“Vojdovaç Stadion”, Belqrad
19:00 (Bakı vaxtı)

Milli komandamızın heyətini təqdim edirik:

NoAd, soyadKlub
1Rauf ƏyyubovSabah FK
2Nurəziz ƏzizovNeftçi PFK
3Məhdi HəsənovNeftçi PFK
4Tuncay ƏhmədovSabah FK
5Əlibəy MahmudovSabah FK
6Rəşad GülüşovSabah FK
7Müseyib BəşirovQəbələ İK
8Emir FətiyevSumqayıt FK
9Rəvan TeymurovQarabağ KF
10Məhəmməd ÇodarovSabah FK
11Amin RzayevQarabağ FK
12Əhməd VəliyevQarabağ KF
13Abdulaziz CabbarlıQarabağ FK
14Əli QazıbəyovQarabağ FK
15Elvin VəliyevNeftçi PFK
16Əhliman SüleymanzadəZirə FK
17Mustafa KamaraSent-Trüyden (Belçika)
18Əli ƏliyevQarabağ KF
19Vüsal KərimovNeftçi PFK
20Ümid SəlimovSabah FK
21Əli İbrahimQarabağ FK