"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
- 18:00
- 35
"Kəpəz" komandasının milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda "Neftçi" ilə qarşılaşan "sarı-göylər"in futbolçuları 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, Gəncə kollektivi hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq. Azər Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 14-də Gəncə stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.