Noyabrın 14-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Turnirdə 35 klub və idman cəmiyyətindən 245 cüdoçu (201 oğlan, 44 qız) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.


Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.