Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən yeniyetmələrin Avropa çempionatında 5-ci tur başa çatıb.


Rekord.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyundan maksimum nəticə - 5 xalla turnir cədvəlinə başçılıq edir.


O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.


18 yaşadək oğlanların mübarizəsində isə Tunar Davudov liderdir.


16 yaşadək oğlanların mübarizəsində Paşam Əlizadə 2-ci yerdə qərarlaşıb. Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U-14) ilk 10-luqda qərarlaşmaqla medal şanslarını saxlayırlar.


Bu gün turnirdə istirahət günüdür.


Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.