“Nəticə istədiyimiz kimi olmadı” – “İmişli”nin məşqçisi
- 19:20
- 41
“İmişli” bu gün Misli Premyer Liqasının 11-ci turunda “Sumqayıt”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan matçdan sonra bölgə təmsilçisinin məşqçisi Ervins Perkonsun mətbuat konfransı keçirilib.
Latviyalı mütəxəssis oyuna planladıqları kimi başlamadıqlarını bildirib:
“Öncə Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edirəm.
Oyuna gəlincə, bərabər səviyyəli matç keçdi. Matça tam olaraq planladığımız kimi başlamadıq. İkinci hissədə daha yaxşı çıxış etdik, şanslarımız oldu. Düşünürəm ki, ədalətli nəticə oldu. Amma bizim istədiyimiz bu deyildi. Oyunçularımın performansından razı qalsam da, nəticə istədiyimiz kimi olmadı”.