“Sumqayıt” bu gün Misli Premyer Liqasının 11-ci turunda “İmişli”nin qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandidonun mətbuat konfransı keçirilib. Portuqaliyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Bilirdik ki, balanslı oyun olacaq. Çünki bu günə qədər yalnız “Neftçi” və “Qarabağ” bu rəqibə səfərdə qalib gəlib. Turnir cədvəli baxımından da vacib oyun idi bizim üçün. Rəqib kompakt blokla qapananda onların müdafiəsini açmaq asan olmur. Əks-hücumlarda imlanları oldu, amma biz ilk dəfə qol buraxmadıq. İstənilən halda, qələbə qazanmaq istəyirdik. İkinci hissədə fərqləndik, sadəcə cüzi fərqlə oyunçumuz oyundankənar vəziyyətə düşdü. Oyunumuzu daha da inkişaf etdirməliyik.


Roy Kehat bizim üçün çox vacib oyunçudur. Ağır zədədən qayıdıb, zaman-zaman bərpa olunacaq. Görəcəyik gələcəkdə nə baş verəcək.


Ard-arda xal itkiləri bizi narahat edir. Yuxarı pillələrdən uzaqlaşmaq istəmirik. Premyer Liqada bütün komandalar bir-birinə qalib gələcək gücdədir. Təbii ki, indiki vəziyyətdən narahatıq. Amma görək mövsümün sonunda neçənci pillədə qərarlaşacağıq”.