“Nələrisə dəyişmək üçün zamanımız var” - Bekiri
- 21:30
- 38
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 11-ci turu çərçivəsind səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur.
Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var.
Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət alması münasibətilə təbrik edirəm. O, keyfiyyətli futbolçudur. Uzun zamandır bu klubda çıxış edir. Onun bu səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub”.